PDF Oxu

Mədəniyyət

  • 54

"Bayrağımız" mahnısı dünya azərbaycanlılarına hədiyyə ediləcək

"Bayrağımız" mahnısı dünya azərbaycanlılarına hədiyyə ediləcək
Xalq artisti İlhamə Quliyeva "Bayrağımız" mahnısına klip çəkdirir. Sənətçi klipi 28 May - Respublika Günü ərəfəsində dünya azərbaycanlılarına hədiyyə edəcək. Bu barədə klipin rejissoru Nail Naiboğlu məlumat verib. Nail Naiboğlu bildirib ki, bu, onun İlhamə Quliyeva ilə 7-ci klipi olacaq: "Biz İlhamə xanımla çox gözəl dostuq. Əməkdaşlığımız qarşılıqlı anlaşma ilə alınır, 7-ci klip işimizdir. Çəkilişlər pavilyonda olacaq. Klipdə daha çox bayrağımız tərənnüm olunacaq". Qeyd edək ki, "Bayrağımız" mahnısının sözləri Gülnaz Hüseynovaya, musiqisi isə Novruz Aslana məxsusdur.

Digər xəbərlər