PDF Oxu

Mədəniyyət

  • 52

Azərbaycan beynəlxalq konfransda təmsil olunub

Azərbaycan beynəlxalq konfransda təmsil olunub
21-25 sentyabr tarixlərdə Hindistanın Kanyakumari şəhərində "Yer dinamikası - nailiyyətlər və uğursuzluqlar" adlı beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq konfransda Yerin daxili dinamikası problemləri və Yer qabığında baş verən təbii fəlakət, geoloji təhlükələr və s. məsələlər müzakirə olunacaqdır. AMEA Geologiya İnstitutunun tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev tədbirin təşkilat komitəsinin üzvü seçilib. Bundan əlavə, H.Quliyev hazırda Almaniyada keçirilən, elm və texnologiya sahəsindəki yeniliklərə həsr olunan "Hannover Messe - 2011" ümumdünya sənaye yarmarkasına da dəvət alıb. Qeyd edək ki, ötən il keçirilən yarmarkada alim Geologiya İnstitutunda rəhbərlik etdiyi tədqiqatların nəticəsində hazırlanmış texnologiyanı təqdim edib. "Zəlzələ ocaqlarında tektonofizik parametrlərdə geodinamik əlavələrin təyini" adlı texnologiya tədbir iştirakçıları və təşkilatçılarının marağına səbəb olub.

Digər xəbərlər