PDF Oxu

Mədəniyyət

  • 42

Novruz bayramı bu il ABŞ-da da geniş qeyd olundu

Novruz bayramı bu il ABŞ-da da geniş qeyd olundu
Bildiyimiz kimi, BMT-nin Baş Məclisinin qərarı ilə dünyada martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən və bəşəriyyətin ortaq mirası olan Novruz bayramı bu il ABŞ-da da geniş qeyd olundu.
TÜRKSOY mədəniyyətlərarası dialoq prosesini dəstəkləmək məqsədi ilə 2011-ci ildə Novruz bayramının BMT Baş Məclisində qeyd olunması üçün səylər göstərib. Martın 24-də TÜRKSOY-un təşkilatçılığı ilə Nyu-Yorkda, BMT-nin Baş Məclisində Novruz bayramı şənliyi təşkil olunub. ABŞ Azərbaycanlıları Şəbəkəsi və ABŞ Türkləri Şəbəkəsinin dəstəyi ilə keçirilən tədbirdə TÜRKSOY-a üzv ölkələrin BMT-dəki daimi nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.

Digər xəbərlər