İllik "UĞUR - 2010" milli mükafatı qaliblərin adları açıqlandı
İllik "UĞUR - 2010" milli mükafatı, mükafat təsisçilərinin rəyinə əsasən, ötən il ərzində əhəmiyyətli nəticələrə nail olmuş şəxslərin adlarını açıqladı. Laureatlar arasında ictimai xadimlər, həmçinin, dövlət təşkilatları və özəl şirkətlər var idi.
"UĞUR - 2010" mükafatının təşkilat komitəsinin sədri İbrahim Baharov "Buta Palace" sarayında keçirilmiş təqdimat mərasimindəki çıxışında laureatları şərh edərək deyib: "Bu mükafata, öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına öz dəyərli töhfəsini vermiş təşkilatlar, şirkətlər, görkəmli şəxsiyyətlər layiq görülüb. Bizim laureatlarımız, Azərbaycanda ölkənin gələcəkdə də müxtəlif istiqamətdə inkişaf etməsi üçün böyük potensialın olduğunu bir daha nümayiş etdiriblər".
Belə ki, turizmin inkişafına verdiyi töhfəyə görə nominasiyasına mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev laureat olmuşdur. Əbülfəs Qarayev adından "Uğur" mükafatını qəbul etmək üçün nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevə təqdim olunmuşdur.