PDF Oxu

Mədəniyyət

  • 280

Azərbaycanlı rejissor "Bambuk meşəsində qətl" əsərini səhnələşdirəcək

Azərbaycanlı rejissor "Bambuk meşəsində qətl" əsərini səhnələşdirəcək
Dövlət YUĞ Teatrının rejissoru Mikayıl Mikayılov Sergey Afanasyev adına Novosibirsk Şəhər Dram Teatrında tamaşa hazırlayacaq. Dövlət YUĞ Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun verdiyi məlumata istinadən, azərbaycanlı rejissor rusiyalı tamaşaçılar üçün məşhur yapon yazıçısı R.Akutaqavanın "Bambuk meşəsində qətl" əsərini səhnələşdirmək niyyətindədir. Tamaşa Rünoske Akutaqavanın "Cəngəllik", "Hörümçək toru" və "Tənhalıq cəhənnəmi" hekayələrinin motivləri əsasında hazırlanmışdır. Tamaşada yapon "Noh"" teatrının və "Buto" plastik rəqs teatrının elementlərindən istifadə olunacaq. Tamaşanın səhnə tərtibatı bambukun müxtəlif konfiqurasiyalarından ibarət olacaq. Qrim, kostyum, maska və dekorasiyalar yapon mədəniyyəti və ənənəsinə uyğun hazırlanacaq.

Digər xəbərlər