PDF Oxu

Mədəniyyət

  • 447

"Novruz gəldi, Yaz gəldi"

"Novruz gəldi, Yaz gəldi"
Dünən F.Köçərli adına Respublika Uşaq Kitabxanasında BMT-nin 21 martı Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı "Novruz gəldi, Yaz gəldi" adlı "Rusiya-Azərbaycan. İki mədəniyyətin dialoqu" adlı telekörpü keçirildi. Tədbiri keçirməkdə əsas məqsəd Rusiyada yaşayan azərbaycanlı uşaqlara elimizin gözəl bayramı olan Novruzla bağlı məlumat vermək, uşaqlarımız ifasında el şənliyini göstərməklə milli-mənəvi dəyələrimizin dünyanın hər bir yerində qoruyub-saxlamaq idi. Kitabxananın oxu zalında kitab sərgisi də təşkil olunmuşdur. Sərgidə Azərbaycan milli-mədəniyyətini, adət-ənənələrini özündə ehtiva edən nümunələr iştirakçıların ixtiyarına verilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edirdilər. Volqoqrad şəhəri Vilayət Uşaq Kitabxanasında telekörpüdə Volqoqrad Vilayət Mədəniyyət Komitəsinin katibi, Milli Məsələlər üzrə Komitənin katibi, Ümumrusiya Azərbaycan Konqresi Volqoqrad vilayəti üzrə regional şöbəsinin katibi, kitabxana işçiləri, Azərbaycanlı uşaq və valideynlər iştirak edirdilər. Uşaqlar milli geyimdə çıxış edərək, şeir və mahnılar söyləyib, səməni və xonçalarla rəqs etdilər. Eyni zamanda, tədbirdə Novruz adətlərini əks etdirən papaqatdı, ocaq üzərindən tullanma kimi qədim adətlərimizindən nümunələr təqdim olundu. Bahar qızı Bənövşə tədbir iştirakçılarını salamlayaraq, Kosa və Keçəl isə öz məzəli səhnəcikləri ilə uşaqları sevindirdi. Uşaqlar arasında "Boğçadan suallar" adlı viktorina da keçirildi. Suala düzgün cavab tapanlar Cırtdanın torbasından hədiyyə qazandılar. Nağıl qəhrəmanları uşaqların görüşünə gələrək, onları bayram münasibəti ilə təbrik etdilər. Uşaqlar öz sevimli uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Zahid Xəlil, Sevinc Nuruqızı, Nüşabə Məmmədli, Rafiq Yusifoğlu, Gülzar İbrahimova ilə görüşdən məmnun oldular.

Digər xəbərlər