PDF Oxu

Mədəniyyət

  • 47

"İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabı təqdim ediləcək

"İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabı təqdim ediləcək
Martın 16-da Muzey Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş "İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabının təqdimat mərasimi keçiriləcək. Mədənəiyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, tədbirdə tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, millət vəkilləri, ziyalılar, mətbuat nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin nəşr layihəsi olan "İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabı "Təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunub. Kitabın tərtibçisi və redaktoru Günay Əfəndiyevadır. "İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabında, adından göründüyü kimi, unudulmaz yazıçıya həsr olunmuş şeirlər, tanınmış şəxslərin ürək sözləri və qiymətli fotoşəkillər yer alıb. Ümummilli Lider Heydər Əliyevin İlyas Əfəndiyev barədə dəyərli fikirləri ilə açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın ön sözü, xalq yazıçısı Elçinin "Şeirə sığmayan ömür" məqaləsi yer almış, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Ramiz Rövşən, Tofiq Nurəli və başqa şairlərin qələmə aldığı şeir nümunələri toplanmışdır. Bu şeirlərdə İlyas Əfəndiyev sənətinə, şəxsiyyətinə dərin ehtiram və məhəbbət ifadə olunmuşdur. Yazıçının parlaq poetik obrazını tamamlamaq məqsədi ilə kitaba fotoşəkillərlə yanaşı, rəssamların bu mövzuda çəkdiyi illüstrasiyalar, teatr eskizləri, digər bədii rəsm və foto nümunələri də daxil edilib.

Digər xəbərlər