PDF Oxu

Mədəniyyət

  • 517

Birləşmiş Millətlər Təşkilatının qərargahında “Novruz təbrikləri" adlı tədbir keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının qərargahında “Novruz təbrikləri" adlı tədbir keçiriləcək
TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü ilə 2011-ci ilin 24 mart tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahında "Novruz təbrikləri" adlı tədbirdə Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi altında Azərbaycan Dövlət Rəqs Ansamblının 10 nəfərdən ibarət kollektivinin və əməkdar artist Gülyanaq Məmmədova, Ehtiram Hüseynov, əməkdar artistlər Malik Mansurov və Elşən Mansurovun daxil olduqları muğam dördlüyündən ibarət nümayəndə heyəti iştirak edəcəkdir.
Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva respublikaları, habelə, Moldova Respublikasının Qaqauz Muxtar Qurumun incəsənət ustaları təmsil olunacaqlar.
Tədbir çərçivəsində Novruz bayramına aid şirniyyat və milli mətbəx nümunələri (boyanmış yumurtalar, paxlava, şəkərbura, quru meyvələr və s.) xonçalarda tamaşaçılara təqdim olunacaqdır.
Türk respublikalarının mədəniyyət nazirlikləri və TÜRKSOY Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən bu böyük mədəniyyət tədbirində BMT-nin rəsmi nümayəndələri, diplomatlar və dövlət xadimləri iştirak edəcəklər.

Digər xəbərlər