PDF Oxu

Mədəniyyət

  • 46

Beynəlxalq türk mədəniyyəti qurultayı keçiriləcək

Beynəlxalq türk mədəniyyəti qurultayı keçiriləcək
Martın 21-dən 23-dək Türkiyənin Muğla vilayətinin Fəthiyyə bələdiyyəsi və Xalq Mədəniyyəti Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Türk Mədəniyyəti Qurultayı keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, tədbirin məqsədi türk dünyası ölkələri arasında mədəni, iqtisadi, siyasi və ictimai əlaqələri müzakirə etməkdir. Tədbirdə 20 ölkənin, o cümlədən, Türkiyə, Bolqarıstan, İraq, İran, Qazaxıstan, Şimali Kipr, Qırğızıstan, Özbəkistan, Rumıniya, Türkmənistan, Ukrayna, Rusiya Federasiyasının türkdilli respublikalarının və digər ölkələrin elm və mədəniyyət xadimləri ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir. Qurultayda, eyni zamanda, "Türk dili və ləhcələri", "Türk ədəbiyyatı", "Ümumi türk tarixi", "Türk sənəti", "Türk dünyasının sosial vəziyyəti" və "Türk dünyasının siyasi və iqtisadi əlaqələri" mövzularında məruzələr dinləniləcək.

Digər xəbərlər