"Qafqaz bəstəkarları" ansamblının konserti keçirilib
Qarabağ Fondunun maliyyə dəstəyi ilə ABŞ-ın Simson Qalereya Mərkəzində "Qafqaz bəstəkarları" ansamblının konserti keçirilib.
Konsertin məqsədi insanlar arasında körpü yaratmaq, Qafqaz xalqlarının sülh şəraitində yaşamalarına töhfə vermək, Azərbaycanın və Qafqazın mədəni paytaxtı olan Qarabağı bütün dünyaya tanıtmaqdır.
Konsertdə amerikalı simfonik musiqi həvəskarları regionun musiqisini dinləmiş, Azərbaycan, eləcə də, Qafqaz mədəniyyətlərini daha ətraflı öyrənməyə imkan qazanmışlar. Qarabağ Fondunun və Azərbaycanın Qarabağ bölgəsinin adını eşitmişlər. Konsertdə Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin "İtirilən vaxtın axtarışında" və Oleq Felzerin əsərləri ifa olunub.
Mart ayında Qarabağ Fondunun maliyyə dəstəyi ilə daha iki konsertin təşkili nəzərdə tutulub. Qeyd edək ki, Nyu-Yorkda fəaliyyət göstərən "Qafqaz bəstəkarları" ansamblı Azərbaycan, Gürcüstan və digər Qafqaz bəstəkarlarının əsərlərini ifa edir.