"Bu meydan, bu ekran" yeni layihələr sorağında
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ildə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək, yeniləşən cəmiyyətimizdə milli-mənəvi dəyərlər mövzusunu kino vasitəsilə əks etdirmək, həmçinin, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq və audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin əmrinə əsasən "Bu meydan, bu ekran - 2011" kino layihələri müsabiqəsi elan edilmişdir.