Aşıq Əli Quliyevin 60 illik yubileyi
Martın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, aşıq Əli Quliyevin 60 illik yubileyinə həsr olunmuş konsert keçiriləcəkdir. Ə.Quliyev 15 il H.Bozalqanlı adına Aşıqlar Muzeyinin direktoru vəzifəsində çalışmış, respublikanın ilk rəsmi aşıq muzeyinin rəhbəri vəzifəsinin məsuliyyətini şərəflə daşımışdır.
Aşıq kimi fəaliyyəti dövründə keçirilmiş bütün Aşıqlar Qurultayının nümayəndəsi olmuş və 35 şagird yetişdirmişdir. Əli Quliyev həm sovet dövründə, həm müstəqillik illərində İran, İraq, Türkiyə, Hollandiya, Belçika və b. ölkələrdə, habelə, keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarında düzənlənmiş beynəlxalq miqyaslı festival və simpoziumlarda uğurla çıxış etmiş, laureat adı qazanmışdır.