PDF Oxu

Mədəniyyət

  • 107

Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq

Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq
Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov aprelin 7-dən 9-dək Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoq" mövzusunda dünya forumunun işində iştirak edəcək. Bolqarıstanlı nazir səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə də görüşəcək. Həmin görüşdə Azərbaycan ilə Bolqarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır. Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu günlərdə həmin ölkənin mədəniyyət naziri ilə görüşmüşdür. Görüşdə humanitar sahədə ikitərəfli əlaqələr və qarşıdakı səfərin təfsilatı müzakirə edilmişdir.

Digər xəbərlər