PDF Oxu

Mədəniyyət

  • 127

Polşa təmsilçisi müəyyənləşib

Polşa təmsilçisi müəyyənləşib
Polşa Düsseldorfda keçiriləcək "Eurovision-2011" müsabiqəsindəki təmsilçisini müəyyənləşdirib. Müsabiqənin rəsmi internet saytında verilən xəbərə görə, ölkəni bu müsabiqədə Magdalena Tul təmsil etmək hüququ qazanıb. Təmsilçi bu müsabiqədə "Jestem" mahnısını ifa edəcək. O, finala vəsiqə qazanan üç ifaçı arasından ancaq televiziya səsverməsi ilə seçilib. Polşa təmsilçisi mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcək. Qeyd edək ki, ötən il Polşanı Marcin Mrozinski təmsil etsə də, finala vəsiqə qazana bilməyib.

Digər xəbərlər