Xeyriyyə sərgisinin açılışı olacaq
Fevralın 22-də İçərişəhərdə yerləşən "Bakı" Rəsm Qalereyasında xeyriyyə sərgisinin açılışı olacaq.
Gənc rəssam Səlim İsmayılovun verdiyi məlumata görə, fotosərgi iştirakçıları arasında Azərbaycan, İsveçrə, Macarıstan və Şotlandiyadan fotoqraf-rəssamlar olacaq. Xeyriyyə sərgisində otuz beşdən atıq ağ-qara və rəngli foto şəkillər nümayiş etdiriləcək. Sərgini "H2O" Art-qrupu təşkil edir. Sərgidən əldə olunan vəsait aztəminatlı ailəyə hepatit C və talessimiyadan əziyyət çəkən uşağın müalicəsi üçün veriləcək.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərgi fevralın 25-dək davam edəcək.