Dövlət Film Fondunda "Uşaq bayramı" keçiriləcək
Fevralın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Film Fondunda "Uşaq bayramı" keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uşaq evlərinin, qaçqın məktəblərinin, Bakının ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunacaq tədbirdə iştirakçıları musiqili əyləncə proqramı, "İt sərgisi", "Tırtıl", "Cəsur təyyarə" cizgi filmlərinin təqdimatı, bu ekran əsərlərinin yaradıcıları ilə görüş və maraqlı hədiyyələr gözləyir.