PDF Oxu

Mədəniyyət

  • 135

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı qarşılıqlı əməkdaşlığını genişləndirir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı qarşılıqlı əməkdaşlığını genişləndirir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (ADAMDT) beynəlxalq əlaqələrin, dünya teatrları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Cari ildə teatr Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir sıra beynəlxalq layihələri gerçəkləşdirəcək. Fevralın 12-də ADAMDT-nin direktoru İsrafil İsrafilov Tbilisiyə yola düşüb. Səfər K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrının baş müdiri Ekaterina Mazmişvilinin dəvəti ilə həyata keçirilir. Fevralın 14-dək davam edəcək səfər çərçivəsində qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Yaxın zamanlarda K.Marcanişvili adına teatrın bədii rəhbəri Levan Çuladzenin ADAMDT-də tamaşa səhnələşdirməsi planlaşdırılır. Fevralın 20-dən 28-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (ADAMDT) direktoru İsrafil İsrafilovun İtaliyanın Milan şəhərinə işgüzar səfəri planlaşdırılır. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun bildirdiyinə görə, səfər çərçivəsində İ. İsrafilov Milanda fəaliyyət göstərən "Pikkolo" Teatrının rəhbəri Luka Ronkoni ilə görüşəcək və qarşılıqlı əməkdaşlıqla bağlı bəzi məsələləri müzakirə edəcək. Gələn il Luka Ronkoninin ADAMDT-nin səhnəsində Covanni Verqanın "Dişi canavar" əsəri əsasında tamaşa hazırlaması nəzərdə tutulub. Qeyd edək ki, 1947-ci ilin mayında yaradılmış "Pikkolo" Teatrı Avropa Teatrları İttifaqının üzvüdür. "Pikkolo" dünyada bu cəmiyyətin üzvü olan cəmi 21 teatrdan biri kimi çox böyük nüfuza malikdir.

Digər xəbərlər