PDF Oxu

Mədəniyyət

  • 38

Yusif Vəzir Çəmənzəminlinin sənədləri arxivə təqdim olunub

Yusif Vəzir Çəmənzəminlinin sənədləri arxivə təqdim olunub
Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub. Arxivin direktoru Maarif Teymurov bildirmişdir ki, sənədlər 5 albomdan ibarətdir. Buraya 1000-dən çox qəzet kəsiyi, 15-dək orijinal fotoşəkil, rəssam Həsən Haqverdiyevin çəkdiyi portret və digər sənədlər daxildir. Qəzetlər arasında Yusif Vəzir Çəmənzəminlinin öz əsərləri haqqında elanlar, məqalələr, ayrı-ayrı yazıçı, tənqidçilərin yazdıqları fikirlər, eləcə də, "Əli və Nino"ya aid yazılar vardır. Bundan əlavə, yazıçının qardaşı Mirhəsən Vəzirova yazdığı məktubların qəzetlərdə çap olunmuş hissələri də xüsusi diqqət cəlb edir. Sənədlərin hamısı olduqca maraqlıdır. Yusif Vəzir Çəmənzəminlinin bu sənədləri arxivin "Ədəbiyyat xadimləri toplusu" fondunda saxlanacaqdır. Sənədləri arxivə yazıçının nəvəsi Yusif Vəzirov təqdim edib.

Digər xəbərlər