"Əlavə təsir" bədii filminə baxış keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzində dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında rejissor Elxan Cəfərovun çəkdiyi "Əlavə təsir" bədii filminə ilk baxış keçiriləcək.
Film ölkəmizdə daxili sabitliyi təmin edən, ictimai asayişi qoruyan, vətəndaşların təhlükəsizliyi keşiyində dayanan Azərbaycan polisinin fəaliyyətinə həsr olunub.
Filmin ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyev, quruluşçu-operatoru Nadir Mehdiyev, quruluşçu-rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadə, səs operatoru Bəkir Bəkirzadə, icraçı prodüseri Aydın Hacıyevdir.
Filmdə rollarda Əbdülqəni Əliyev, Kənan Mahmudov, Elxan Qasımov, Əbdül Mahmudov, Atabala Səfərov, Şamil Süleymanov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqaları çəkilib.