PDF Oxu

Mədəniyyət

  • 52

Gənclərdən ibarət xor kollektivi yaradılacaq

Gənclərdən ibarət xor kollektivi yaradılacaq
2010-cu il "Üzeyir Hacıbəyli-125" Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türkiyənin "Orfeon" kamera xoru Bakıda böyük müvəffəqiyyətlə çıxış etmişdi. Xorun yeni səpkili və zəngin proqramı dinləyicilərin marağına səbəb olmuşdu. Nazirliyin təşəbbüsü ilə həmin xorun nümunəsi əsasında tanınmış Azərbaycan xormeysteri, Türkiyənin "TRT" böyük xorunun və "Orfeon" kamera xorunun bədii rəhbəri və baş dirijoru Elnarə Kərimova Azərbaycanda xor ifaçılığının inkişaf etdirilməsi üçün gənc yaradıcı musiqiçilərin iştirakı ilə kamera xoru layihəsini həyata keçirmək və gənclərdən ibarət yeni səpkili xor kollektivinin yaratmaq məqsədilə Bakıya dəvət olundu. Beləliklə, fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində yeni yaradılmış kollektivin təqdimat mərasimi keçiriləcək.

Digər xəbərlər