Tokioda GUAM ölkələrinin turizm məhsullarının təqdimatı olacaq
Tokioda GUAM ölkələrinin - Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova birgə turizm məhsullarının təqdimatı olacaq.Təqdimat fevralın 13-26-dək Tokioda Yaponiyanın beynəlxalq əməkdaşlıq agentliyi tərəfindən GUAM ölkələri üçün keçiriləcək seminar çərçivəsində baş tutacaq. GUAM-ın turizm üzrə işçi qrupunun Kiyevdə keçirilən iclasında, həmçinin, qərara alınıb ki, Tokioda bu ilin sentyabrında keçiriləcək JATA WTF-2011 sərgisində GUAM ölkələri vahid stendlə iştirak etsin.