“Paytaxt” seçilmək üçün 20-dən artıq şəhər namizədliklərini irəli sürüb
2011-ci il üçün Şabran şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Lənkəran şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və İsmayıllı şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının icrası ilə bağlı 2011-ci il üçün diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə "paytaxt" seçilmək üçün 20-dən artıq şəhər namizədliklərini irəli sürüb.
Təqdim olunmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilmiş və 2011-ci il üçün Şabran şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Lənkəran şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və İsmayıllı şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib.