PDF Oxu

Mədəniyyət

  • 35

Azərbaycan və Özbəkistanda oda sitayiş və tapınma

Azərbaycan və Özbəkistanda oda sitayiş və tapınma
Daşkənddə özbək, ingilis və rus dillərində çap edilən "Exo istorii" jurnalının son nömrəsində Azərbaycan alimləri Nəsibət Mehdiyeva və Afət Rüstəmbəyovanın ölkəmizlə bağlı məqalələri dərc edilib. N.Mehdiyevanın məqaləsində XX əsrin 60-80-ci illərində Azərbaycan-özbək mədəni əlaqələri araşdırılır. Müəllif yazır ki, həmin illərdə ölkələrimiz arasında mədəni əlaqələr yüksək səviyyədə olmuş, həm Bakıda, həm də Daşkənddə müntəzəm olaraq mədəniyyət və incəsənət, həmçinin, poeziya günləri, Azərbaycan və özbək ədiblərinin yubileyləri keçirilib. Azərbaycan və Özbəkistanın yazıçıları tez-tez Bakıda və Daşkənddə görüşər, dostluq edərdilər ki, bunun da nəticəsində həm Azərbaycanda, həm də Özbəkistanda ədiblərimizin çoxsaylı əsərləri çap olunub. A.Rüstəmbəyovanın məqaləsi isə "Azərbaycan və Özbəkistanda oda sitayiş və tapınma" adlanır. Bu məqalədə hər iki ölkədə odun xalqlarımızın həyatında oynadığı müqəddəs roldan bəhs edilir.

Digər xəbərlər