"Payız valsı" adlı ilk albomun təqdimatı baş tutacaq
Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, fevralın 14-də Nijni Novqorodda gənc azərbaycanlı müğənni, bəstəkar Rəfael Hacıyevin "Payız valsı" adlı ilk albomunun təqdimatı baş tutacaq.
Alboma azərbaycanlı şair, iş adamı Cavid Qasımovun sözlərinə bəstələnmiş 15 mahnı daxil edilib. Qeyd edim ki, Rəfael Hacıyev 11 oktyabr 1976-cı ildə Bakıda anadan olub, 1995-ci ildə Moksvada Prokofyev adına Teatr-studiyaya daxil olub. Uşaqlıqdan musiqi ilə maraqlanan həmyerlimiz bir çox müsabiqələrdə iştirak edib, hazırda isə klassik vokalla məşğul olur. R. Hacıyevin ifasında bəzi mahnılara müğənninin rəsmi saytında (www.rafaelstar.ru) qulaq asmaq olar.