"Gəncliyin səsi" layihəsi çərçivəsində konsert keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2011-ci il yanvarın 28-də Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq Gənclər İlinə və 2 Fevral Gənclər Gününə həsr olunmuş "Gəncliyin səsi" layihəsi çərçivəsində konsert keçiriləcək.
Gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri maraqlı proqram ilə çıxış edəcək. Proqramda gənc bəstəkarların simfonik əsərləri ilk dəfə səslənəcək: Ayaz Qəmbərli - Fortepiano və orkestr üçün konsert, Türkər Qasımzadə - Simfoniya, SAİD QƏNİ - "Divertissement", Tahir İbişov - Diptix - simfonik orkestr üçün konsert. Konsertin solisti kimi gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov çıxış edəcək.