PDF Oxu

Mədəniyyət

  • 588

“Data Tutaşxia” romanı Azərbaycan dilində çapdan çıxıb

“Data Tutaşxia” romanı Azərbaycan dilində çapdan çıxıb
Gürcü yazıçısı Çabua Amirecibinin "Data Tutaşxia" romanı Azərbaycan dilində çapdan çıxıb.
Tiflisdəki "Qafqaz Evi" nəşriyyatında işıq üzü görmüş kitabı dilimizə azərbaycanlı jurnalist Emin Elsevər (Mahmudov) tərcümə edib.
"Qafqaz Evi"ndə kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbiri "Qafqaz Evi"nin direktoru, yazıçı Naira Qelaşvili açıb. Mərasimdə Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, tərcüməçi Oqtay Kazımov, gürcü şairi və tərcüməçisi Zezva Medulaşvili, professor Mahmud Hacıxəlilov və başqaları çıxış edərək, kitabın müasir şəraitdə Azərbaycan dilinə tərcümə olunan ən sanballı əsərlərdən biri olduğunu vurğulayıb. Natiqlər, həmçinin, gürcü və Azərbaycan yazıçılarının əsərlərinin gələcəkdə hər iki xalqın dilinə tərcümə olunub nəşr edilməsinin əhəmiyyətindən danışıblar.

Digər xəbərlər