PDF Oxu

Mədəniyyət

  • 56

Kitabxanalar zənginləşdirilir

Kitabxanalar zənginləşdirilir
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, 2010-cu ildə M.S.Ordubadi adına Mərkəzi kitabxanaya 5.735, İmran Qasımov adına Naxçıvan şəhər kitabxanasına 3.783, Adil Babayev adına Uşaq kitabxanasına isə 2.795 ədəd kitab verilib. Rayon mərkəzləşdirilmiş kitabxana sistemlərindən ən çox kitab isə Şərur rayonunun payına düşmüşdür. Belə ki, rayonda fəaliyyət göstərən 60 kitabxanaya, ümumilikdə, 16 min 300 kitab paylanıb. Muxtar respublikanın kitabxanaları zənginləşdirilib, Ordubada 9.897, Babək rayonundakı kitabxanalara 7.926, Culfaya isə 6.992 ədəd kitab verilib. Nəşrlərin qalan hissəsi isə Şahbuz, Kəngərli və Sədərək rayonlarının kitabxanalarına paylanıb.

Digər xəbərlər