PDF Oxu

Mədəniyyət

  • 38

"Biz bir gəminin yolçularıyıq" kitabı qırğız dilində çap olunub

"Biz bir gəminin yolçularıyıq" kitabı qırğız dilində çap olunub
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin "Biz bir gəminin yolçularıyıq" kitabı "Biyiktik" nəşriyyatında qırğız dilində nəfis şəkildə çapdan çıxıb. Kitabda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun və tanınmış şair Yeqor İsayevin Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında vaxtilə "Literaturnaya qazeta"da çap etdirdikləri məqalələr ön söz kimi verilib. Bütövlükdə, 380 səhifəlik kitabın əvvəlində Bəxtiyar Vahabzadənin Azərbaycan, qırğız və rus dillərində "Gülüstan" poeması yer alaraq, sonra digər poema və şeirləri dərc edilib. Kitabı qırğız dilinə Baxtıqul Çoturova, Mukan Asanaliyev və Altınbek İsmayılov tərcümə ediblər. Kitabın baş məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, tərtibatçıları Novruz Məmmədov, Aqil Hacıyev, baş redaktoru xalq şairi, Qırğızıstanın Milli Qəhrəmanı Sooronay Susuyevdir. Kitab 1000 nüsxə tirajla çap olunub.

Digər xəbərlər