“Azərbaycan xalçaçılıq ənənələrinə dair təlim-seminar keçirilir
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən hazırlanmış xüsusi təhsil proqramına uyğun olaraq "Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində" mövzusunda təlim-seminar başlayıb.
İki gün davam edəcək təlim Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən təşkil edilib. Layihənin məqsədi xalça sənətinin incəliklərinin öyrənilməsi və cəmiyyətimizin bütün təbəqələrinin maraq dairəsini buna yönəltməkdir.
Qeyd edək ki, təlimdə Bakı, Gəncə, Şəki, Xaçmaz, Şabran, Tovuz, Ağcabədi, Göyçay, Zərdab, Lənkəran, Qəbələ, Quba və Füzuli şəhəri ev-muzeylərininin rəhbərləri iştirak edirlər.