Milli Kitab Mükafatına sənədlərin qəbulu başa çatıb
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan Milli Kitab Mükafatına sənədlərin qəbulu başa çatmışdır. MKM-in təsisçisi Nigar Köçərli bildirmişdir ki, toplantının məqsədi əsərlərin dəyərləndirilmə mexanizminin müzakirəsi və iş prinsiplərinin qəbul edilməsidir. Keçən il müşahidəçilərin adları gizli saxlanılmışdır. Bu il də onların kənar təzyiqlərə məruz qalmaması səbəbindən adları açıqlanmır. Münsiflər heyətinin tərkibi isə 6 nəfərdən ibarətdir.
Müsabiqəyə Azərbaycanın əksər bölgələrindən, hətta xarici ölkələrdən 100-dən çox hekayə, povest, roman və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunmuşdur.
Martın 20-də əvvəlcə 20, daha sonra isə həmin ayın 27-də 10 ən yaxşı əsərin siyahısı açıqlanacaq. Mayın 31-də Milli Kitab Mükafatının qaliblərinin adları elan olunacaq.
Müsabiqədə birinci, ikinci və üçüncü yerləri tutan yazarlar müvafiq olaraq üç min, iki min və min manat pul mükafatlarına layiq görüləcəklər.