“Avqustda 5 gün” filmi nümayiş olunacaq
Hollivudda Rusiya-Gürcüstan müharibəsinə həsr edilmiş filmin çəkilişləri yekunlaşır. "Avqustda 5 gün" adlı film bu ilin martında ekranlara çıxacaq. Rejissor Renni Xarlinin çəkdiyi filmdə məşhur aktyorlar rol alıb. Endi Qarsia Gürcüstan prezidenti Mixail Saakaşvilini, Vel Kilmer danimarkalı jurnalisti, Rupert Fred amerikalı müxbiri canlandırır. Filmdə sevgi, nifrət və ümidsizlik kimi insani hisslər əks olunur.