“Qu gölü” tamaşası təqdim olunacaq
Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" tamaşası təqdim olunacaq. Bu tamaşada ən mürəkkəb partiya olan Odetta rolunun ifası ilk dəfə gənc balet artisti Nigar İbrahimovaya etibar edilmişdir. Balerina teatrda beşinci ildir ki, işləyir və bu vaxtadək o özünü istedadlı balet aktrisası kimi göstərmişdir. O, Q.Qarayevin "Yeddi gözəl" tamaşasında hind gözəli partiyasını, P.Çaykovskinin "Şelkunçik" baletində Maşa obrazını, L.Minkusun "Don Kixot" baletində Kitri partiyasını və A.Adanın "Jizel" baletində Jizeli möhtəşəm şəkildə ifa etmişdi. Tamaşada şahzadə Ziqfrid partiyasını isə Azərbaycanın Əməkdar artisti, prezident təqaüdçüsü Gülağasi Mirzəyev ifa edəcək.