Dövlət "Yuğ" Teatrı iyirmi illik yubileyini və teatrın bədii rəhbəri olan Vaqif İbrahimoğlunun 60 illik yubileyini "Birinci akt" tamaşası ilə keçirəcək.
Böyük rus yazıçısı A. P.Çexovun "Albalı bağı" pyesinin motivləri əsasında hazırlanan tamaşa "Birinci akt" adlanır. Tamaşaya teatrın baş rejissoru və bədii rəhbəri Vaqif İbrahimoğlu quruluş verir. Yaradıcı heyət tamaşanı mart ayının axırlarında təhvil verməyi nəzərdə tutur.