"Böyük zebr" musiqili komediyası nümayiş olunacaq
2011-ci il martın 12-də və 13-də Bakıda Rus Dram Teatrının səhnəsində Moskvanın teatr və kino ulduzlarının iştirakı ilə "Böyük zebr" musiqili komediyası nümayiş olunacaq.
Bu barədə teatrdan məlumat verilib. Tamaşa Jan-Jak Briker və Moris Lasetanın pyesi üzərində qurulub. Tamaşada rolları Rusiyanın məşhur aktyorları - Larisa Quzeyeva, Sergey Kolesnikov, Yelena Katışeva, Nikolay Bandurin, Pyotr Belşkov, Anna Nevskaya ifa edir.