"21-ci əsr. Renesans" konsert proqramı təqdim olunacaq
Dekabrın 28-də R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində "21-ci əsr. Renesans" adlı konsert proqramı təqdim olunacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Konsert proqramında Samuil Barber, Alfred Şnitk, Arvo Pyert və Türkər Qasımzadənin əsərləri təqdim olunacaq. Layihədə iki musiqili ansambl - "Ad Libitum" və "Contempo" çıxış edəcək.
"Ad Libitum" musiqi ansamblı heyətinin tərkibinə Cavad Tağızadə (birinci skripka, dirijor), Mustafa Mehmandarov (ikinci skripka), Jalə Əliyeva (violonçel), Fəridə Nelson (kontrabas) kimi musiqiçilərin adları daxildir. "Contempo" ansablına isə Elman Mustafayev (fleyta), Nizami Zeynalov (klarnet), İlqar Hacıyev (faqot), Elşən Məmmədov (qaboy), Samir Əsədov (skripka) daxildir.