PDF Oxu

Mədəniyyət

  • 367

Gələn il MDB-də Birlik Ölkələrinin Mədəni İrsi İli elan olunub

Gələn il MDB-də Birlik Ölkələrinin Mədəni İrsi İli elan olunub
2011-ci il MDB-də Birlik Ölkələrinin Mədəni İrsi İli elan edilib. Bunu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbərliyi fondun İdarə Heyətinin iclasının yekunlarına dair Kiyevdə keçirilmiş mətbuat konfransında bildirib. MDB və Baltikyanı ölkələr jurnalistlərinin Mətbuat Klubunun rəhbəri Roman Ağayev qeyd edib ki, mətbuat konfransında DHƏF-in təşəbbüsü və dəstəyi ilə nəşr edilmiş "MDB ölkələri üçün Ukrayna dili dərsliyi" kitabının təqdimatı da olub. Kitab Rusiya Dövlət Humanitar Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Qeyd edək ki, Azərbaycan, tacik, türkmən dillərində dərsliklər artıq buraxılıb. Fondun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu yaxınlarda nəşr edilmiş Azərbaycan dili dərsliyindən razı qaldığını bildirərək, gələcəkdə görüləcək işlərdən bəhs edib: "Biz hər il bir neçə iri layihə həyata keçiririk. Onların arasında yaradıcı və elmi ziyalılar forumu, MDB gənclər simfonik orkestrinin konserti, "Debütlər Birliyi" mükafatının laureatlarının elan olunması və s. vardır. 2011-ci il Mədəni İrs İli elan olunmuşdur və bu il bərpa işləri, mədəni irsimizin qorunub saxlanması ilə məşğul olan adamlara xüsusi diqqət ayrılacaq. Fondun planlarına televiziya layihələrinin, telekörpülərin dəstəklənməsi də daxildir. MDB xalqları arasında istənilən inteqrasiya layihələri fondumuz tərəfindən dəstəklənir və alqışlanır".

Digər xəbərlər