"Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri" adlı kitab nəşr olunacaq
Yaxın dövrlərdə Azərbaycanda "Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri" adlı kitab nəşr olunacaq. Kitab üzərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən iş aparılır. Kitabda Türkiyədə yaşayan azərbaycanlıların siyasi, iqtisadi, hərbi, mədəni və sosial fəaliyyətlərinə dair ətraflı məlumatlar yer alacaq. Əsər üzərində işləyəcək sosioloq, tarixçi və siyasətşünaslar Türkiyədə yaşayan azərbaycanlıların dərnəklərinə və çoxluq təşkil etdiyi ərazilərə baş çəkəcək, görüşlər təşkil edəcək, arxivləri araşdıracaq, azərbaycanlıların dini, sosial, mədəni, siyasi və iqtisadi fəaliyyətlərini öyrənəcəklər. Kitabın hazırlanmasının 2011-ci ildə başa çatdırılması planlaşdırılır.