PDF Oxu

Mədəniyyət

  • 46

"Odlar Yurdu" mövzusunda sərgi-müsabiqəsi

"Odlar Yurdu" mövzusunda sərgi-müsabiqəsi
Tbilisidəki "Kopala" sərgi salonunda Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə məktəbli rəssamların "Odlar Yurdu" mövzusunda sərgi-müsabiqəsi keçirilib. Sərgini Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açaraq sərgi-müsabiqəyə 30-dan çox Azərbaycandilli məktəbdə təhsil alan şagirdlərin 300-ə qədər rəsm əsərinin təqdim olunduğunu bildirib. Sonra Tbilisi İncəsənət Akademiyasının rektoru, sərgi-müsabiqənin münsiflər heyətinin sədri Georgi Buğadze çıxış edərək, gənc rəssamların əsərlərinin keçən illərdən müsbət mənada fərqləndiyini deyib. Müsabiqədə Marneulidə fəaliyyət göstərən Ayvaz Həsənov adına Algeti liseyinin XI sinif şagirdi Sevil Nəbiyeva birinci yerə, Böyük Muğanlı kənd orta məktəbinin XI sinif şagirdi Jalə Budaqova və Tbilisidəki 123 saylı məktəbin X sinif şagirdi Çingiz Qurbanov ikinci yerə, Marneulidəki 3 saylı orta məktəbin şagirdləri Gülnar Yusifova, Fəridə Nazıyeva və Elvina Talıbova isə üçüncü yerə layiq görülüblər. Məktəbli rəssamlara diplomlar və həvəsləndirici hədiyyələr təqdim olunub.

Digər xəbərlər