PDF Oxu

Mədəniyyət

  • 146

Prezident Kuboku uğrunda çövkən milli oyunu keçirilir

Prezident Kuboku uğrunda çövkən milli oyunu keçirilir
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi olaraq hər il keçirilən bu tədbir xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, atçılıq turizminin təbliği və inkişafı, habelə, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi daşıyır. Dekabrın 19-da Atçılıq Turizm Mərkəzində oyunların rəsmi açılış mərasimi keçirilib. Artıq beşinci dəfə keçirilən bu oyunlarda 16 komanda iştirak edib. Komandalar, həmçinin, sür-papaq, papaq və atüstü güləş oyunları üzrə qüvvələrini sınayırlar. Qeyd edim ki, tədbir dekabrın 22-dək davam edəcək.

Digər xəbərlər