PDF Oxu

Mədəniyyət

  • 67

Azərbaycanda yeni kino mərkəzi yaradılıb

Azərbaycanda yeni kino mərkəzi yaradılıb
Azərbaycanda "Nova Gorica" adlı yeni kino mərkəzi yaradılıb. Bu barədə mərkəzin təsisçisi və direktoru Tahir Əliyev məlumat verib. Onun sözlərinə görə, mərkəzin yaradılmasında məqsəd, gənc rejissorların yaradıcılıq imkanlarının reallaşdırılması üçün geniş meydan verməkdir. Qeyd edək ki, kino mərkəzinin ilk məhsulunun istehsalına - İlham Tumasın "Sərçələrin payı" ssenarisi əsasında, eynadlı bədii qısametrajlı filmin çəkilişlərinə artıq başlanılıb. "Nova Gorica" ilə Aran-Qərb bölgəsi və Yevlaxın regional telekanalı "El" televiziyasının birgə layihəsi olan "Sərçələrin payı"nın rejissoru Tahir Əliyev, operatoru Elxan Rüstəmov, prodüseri İqbal Məmmədəliyev, icraçı prodüseri isə Arzu Abdullayevadır. Film, yataqxana şəraitində acınacaqlı həyat sürən, həm təhsildə, həm də işində hüquqları tapdalanan bir tələbə jurnalistin həyatından bəhs edir. Tragikomediya janrında olan filmin çəkilişləri Yevlax və Mingəçevir şəhərində reallaşıb.

Digər xəbərlər