PDF Oxu

Mədəniyyət

  • 41

Şəfayət Mehdiyevin 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Şəfayət Mehdiyevin 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi-Elmi Kitabxanasında görkəmli alim, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Şəfayət Mehdiyevin 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətlərini və zəngin pedaqoji fəaliyyətini nəzərə alaraq, Şəfayət Mehdiyevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn tələblərə əsasən, respublikanın aidiyyətı üzrə ayrı-ayrı təşkilat və idarələrində, dövlət orqanlarında, elm və təhsil müəssisələrində alimin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. AMEA-nın Mərkəzi-Elmi Kitabxanası da bu tədbirlərə qoşulmuşdur. Belə ki, Mərkəzi-Elmi Kitabxananın sərgi zalında alimin həyat və elmi fəaliyyətini əks etdirən geniş, hərtərəfli sərgi təşkil olunmuşdur. Sərgidə alimin müəllifi olduğu elmi və bədii əsərləri, redaktə etdiyi kitablar, haqqında yazılmış kitablar, mətbuatda dərc olunmuş elmi və publisistik məqalələri, alimin özü haqqında mətbuatda dərc olunmuş məqalələr ayrı-ayrı bölmələrdə nümayiş etdirilir. Nümayiş etdirilən kitablar içərisində "Azərbaycanda neftin əmələ gəlməsi və neft yataqlarının yaranması", "Neftin genezisi və neft-qaz yataqlarının əmələ gəlməsi problemləri" adlı monoqrafiyaları, "Ümumi geologiya" dərsliyi, rus dilində olan "Qeotermiçeskie issledovanie neftyanıx i qazovıx mestorojdeniy", "Praktiçeskie voprosı neftopromıslovoy qidroloqii", "Vliyanie iskusstvennoqo zavodnenie na qidroximiö neftənoqo plasta" adlı əsərləri və bir çox başqa elmi əsərləri diqqəti xüsusilə cəlb edir. Sərgi zalında, həmçinin, alimin həyat və elmi fəaliyyətini əyani şəkildə əks etdirən foto və virtual sərgi də yer almışdır. Sərgidə, ümumilikdə, görkəmli alimin elmi yaradıcılığını əks etdirən 70-dən artıq Azərbaycan və rus dillərində kitab və jurnallar nümayiş etdirilir. Qeyd edək ki, sərgi 15 gün müddətində davam edəcəkdir.

Digər xəbərlər