"Botanika dünyası" adlı məlumat bülleteni nəşr olunub
AMEA Botanika İnstitutunun Elmi Şurasının qərarı ilə "Botanika dünyası" adlı məlumat bülleteni nəşr olunmuşdur. Bülletendə institutun 2010-cu ildə elmi fəaliyyətindəki uğurlar, beynəlxalq əlaqələri, Azərbaycan botanika elmində müasir elmi-tədqiqat işlərinin inkişaf etdirilməsi istiqamətində imzalanmış memorandum və müqavilələr, müştərək elmi layihələr haqqında ətraflı məlumat verilmişdir. Son zamanlar Azərbaycan florasına maraq göstərən Qərb və Şərq alimlərinin institutda keçirdiyi görüş və seminarlar, dünyanın müxtəlif universitet və elm ocaqlarında fəaliyyət göstərən həmyerlilərimizin uğurları, azərbaycanlı botaniklərin beynəlxalq forumlarda iştirakı da bülletendə öz əksini tapmışdır. Qeyd edək ki, institutun Elmi Şurasının qərarı əsasında bu bülleten mütəmadi olaraq hər il dərc olunacaq.