PDF Oxu

Mədəniyyət

  • 40

"İnteryerdə qeyri-ailə portreti" tamaşasının premyerası keçiriləcək

"İnteryerdə qeyri-ailə portreti" tamaşasının premyerası keçiriləcək
Dekabrın 19-da S.Vurğun adına Rus Dram Teatrında "İnteryerdə qeyri-ailə portreti" musiqili komediya tamaşasının premyerası baş tutacaq. Gözlənilməz sonluqlu komediya tamaşaçılara hədiyyə olacaq. Bu tamaşa Yeni il ərəfəsində baş verən fantastik əhvalat əsasnıda qurulub. Bir müddət əvvəl, həyat yoldaşı vəfat edən orta yaşlarında qadın rəfiqələrini qonaq gözləyir, lakin o, öyrənir ki, qonaqları gəlməyəcəklər. Komediya məhəbbətdə yaşın heç bir fərqi olmadığını, təkliyin isə insan üçün pis olmasını göstərir. Tamaşada baş rolu Azərbaycanın əməkdar artisti Yevgeniya Nevmerjitskaya ifa edir, tamaşanın özü aktrisanın yubileyinə həsr edilib. Tamaşada Azərbaycanın xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, teatrın aktyorları - Əsgər Rəhimov, Mədinə Mulayeva oynayırlar.

Digər xəbərlər