PDF Oxu

Mədəniyyət

  • 463

İrəvan Dövlət Dram Teatrı türk şəhidlərini yad edəcək

İrəvan Dövlət Dram Teatrı türk şəhidlərini yad edəcək
Sənət ocağında qəhrəmanların xatirəsinə həsr olunmuş yeni səhnə əsəri üzərində məşqlər aparılır. "Soyqırım abidəsinin dastanı" adlanan tamaşa türk yazıçısı Zehni Papaqçının ssenarisi əsasında hazırlanır. Səhnə əsəri ermənilərin törətdiyi soyqırımlardan bəhs edir. Səhnə əsəri dastan formasında nəql edilir. Tamaşanın əsas süjet xətti isə Qarabağ müharibəsi və onun Azərbaycan xalqına vurduğu zərbələrdən danışır. Tamaşada Milli Qəhrəman Mübariz İbrahimovun da obrazı canlandırılıb. Türk yazıçısının sözlərinə görə, döyüşçü qəhrəmanlığı ilə Türkiyədə də ad qazanıb. Tamaşada rolları xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, Süleyman Nəcəfov, əməkdar artistlər Esmiralda Şahbazova, Vidadi Əliyev, Vaqif Kərimov, aktyorlardan Niyaməddin Səfərəliyev, Nurbəniz Niftəliyeva, Pərviz Gülməmmədov, Əhliman Ərşadov, Anar Sadıqov və başqaları ifa edir. İki hissədən ibarət tamaşanın musiqi tərtibatı və səhnə quruluşu Zehni Papaqçıya məxsusdur. Qeyd edək ki, "Soyqırım abidəsinin dastanı" tamaşası martın 31-də Beyləqan rayonunda Soyqırım abidəsi önündə təqdim olunacaq.

Digər xəbərlər