Rafiq Babayevin anadan olmasının 75 illiyi qeyd olunacaq
Gələn il mart ayının 31-i xalq artisti, görkəmli musiqiçi Rafiq Babayevin anadan olmasının 75 ili tamam olacaq. Yubileylə bağlı bir sıra layihələr hazırlayır.
Yubiley ili çərçivəsində Rafiq Babayevin kompozisiyalarından ibarət yeni albom buraxılacaq. Bundan başqa, layihələr sırasına Rafiq Babayevin indiyədək məlum olmayan əsərlərinin nota alınması da daxildir. Bundan başqa, Fərizə Babayevanın musiqişünas Rauf Fərhadovla birlikdə yazdığı "Rafiq Babayev mövzudan improvizəyə" kitabının Azərbaycan və ingilis dillərinə tərcüməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2010-cu ildə rus dilində işıq üzü görən kitabda Rafiq Babayevin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan cazının tarixi haqda məlumatlar yer alıb.