PDF Oxu

Mədəniyyət

  • 45

Krım Azərbaycanlıları İcmasına film çəkilməsi ilə bağlı müraciət olunub

Krım Azərbaycanlıları İcmasına film çəkilməsi ilə bağlı müraciət olunub
Krım Muxtar Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporu ölkəmizin mədəniyyətinin təbliğində böyük işlər görür. Bələ tədbirlərdən biri kimi ilk dəfə Krımda "Novruz" bayramı təşkil olunub. 2001-ci ilin qışında Krımda ilk dəfə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş gecə də reallaşıb. Azərbaycan İcmasında "Cücələrim" uşaq ansamblı yaradılıb və 1991-ci ildən cəmiyyət öz qəzetini nəşr etdirir. Krımın populyar telekanallarından biri olan Qara Dəniz Teleradio Şirkəti Krım Azərbaycanlıları İcmasına azərbaycanlılar haqqında film çəkilməsini təklif edib. Artıq filmin çəkilişləri başlanıb. Filmin yaradıcıları azərbaycanlıların ənənələrindən bəhs edəcək, bu ekran əsərində bir sıra milli xörəklərin hazırlanması prosesi, habelə, xalq rəqsləri öz əksini tapacaq.

Digər xəbərlər