PDF Oxu

Mədəniyyət

  • 24

İKT-yə üzv ölkələrin turizm nazirlərinin 8-ci iclası 2012-ci ildə keçiriləcək

İKT-yə üzv ölkələrin turizm nazirlərinin 8-ci iclası 2012-ci ildə keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, nazirliyin nümayəndələri İran İslam Respublikasının Tehran şəhərində keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin turizm nazirlərinin yeddinci iclasında və İKT-yə üzv ölkələrin yüksək vəzifəli şəxslərin iclasında iştirak etmişlər. İslam Konfransı Təşkilatının təqdim etdiyi proqrama uyğun olaraq İKT-yə üzv ölkələrin yüksək vəzifəli şəxslərin iclasında 29 ölkə və İKT-nin 9 struktur qurumları iştirak ediblər. İclasın başlanğıcında ənənəvi olaraq Quran ayəsi oxunub. İclasın açılışı üçün ilk çıxış İranın Mədəni İrs, Əl Sənətkarlığı Sənayesi və Turizm Təşkilatının sədr müavini cənab Ameri tərəfindən olub. İclasın katibi və sədri seçilib. İlkin olaraq yüksək vəzifəli şəxslərin iclasının İKT-nin katibliyi tərəfindən təklif etdiyi gündəlik təsdiq edilib. İclasın ikinci günü İKT üzv ölkələrin yüksək vəzifəli şəxslərindən ibarət olan işçi komitənin iclası olub. Bu iclasda İKT-yə üzv ölkələri arasında turizmin inkişafına dair qətnamənin və Tehran Bəyannaməsinin layihələri hazırlanıb. İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin turizm nazirlərinin yeddinci iclasında sədr və katibi seçilib. İran hökuməti adından iclasda açılış nitqi söyləmək üçün ilk söz İran İslam Respublikası Prezidentinin baş məsləhətçisi cənab Maşayeyə verilib. Sonra açılış nitqi Mədəni İrs, Əl Sənətkarlığı Sənayesi və Turizm Təşkilatının sədri cənab Baqhae, İslam Konfransı Təşkilatının Baş Katibi cənab Ekmeleddin İhsanoğlu və ÜTT-nin Baş Katibi Taleb Rifainin adından isə ÜTT-nin regional nümayəndəsi cənab Abdel Qhaffar tərəfindən söylənilib. İclasın proqramına uyğun olaraq İKT üzv ölkələrin turizm nazirlərinin yeddinci iclasına İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin TURİZM NAZİRLƏRİNin altıncı iclasına sədrlik edən Suriya Ərəb Respublikasının turizm naziri cənab Saad Alah Alqal tərəfindən sədrliyi dövründə görülən işlərə dair hesabat verilib. Həmçinin, iclasda İKT üzv ölkələrin yüksək vəzifəli şəxslərindən ibarət olan işçi komitə tərəfindən hazırlanmış İKT üzv ölkələri arasında turizmin inkişafına dair Qətnamənin və Tehran Bəyannaməsinin layihələri turizm nazirlərinin yeddinci iclasında təsdiqlənib. İclasın gündəliyinə uyğun olaraq üzv ölkələrdən təqdim olunan təklifə əsasən, İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin turizm nazirlərinin 8-ci iclasına 2012-ci ildə sədrlik Sudana verilməsi təsdiq edilib. İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin turizm nazirlərinin yeddinci iclasında bir sıra məsələlərin müzakirəsinə daha çox üstünlük verilmişdi. Belə ki, İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələri arasında mədəni turizm marşrutlarının inkişaf etdirilməsi, ölkələrin turizm potensialını vahid portalın yaradılması vasitəsilə təbliği və turizm məhsullarının bazarda irəliləməsi, sağlamlıq və dini turizm növlərinin inkişaf etdirilməsi məsələləri gündəmə gətirilmişdir. Eyni zamanda, iclasda ölkələr arasında ekoloji turizmin inkişaf etdirilməsinə prioritet verilməsi, ölkələr arasında viza rejiminin sadələşdirilməsi, islam dəyərlərinin qorunması və turizm məqsədləri üçün istifadə olunması, əl sənətkarlığı nümunələrinin inkişaf etdirilməsi və turizm məqsədləri üçün istifadə olunması, mədəni dəyərləri özündə əks etdirən festivalların keçirilməsi, İKT üzv ölkələr arasında turizm yarmarkalarının təşkil olunması kimi əsas məsələlərin müzakirəsi iclasın proqramına daxil olunmuşdur.

Digər xəbərlər