PDF Oxu

Mədəniyyət

  • 35

İFESCCO-nun 2011-ci il üçün Tədbirlər Planı müzakirə edilib

İFESCCO-nun 2011-ci il üçün Tədbirlər Planı müzakirə edilib
MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunmuş Ekspertlər İclasında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və turizm şöbəsinin daxili turizm sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov iştirak etmişdir. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Özbəkistan, Rusiya, Tacikistan və Ukrayna nümayəndə heyətləri ilə, həmçinin, MDB və İFESCCO təmsil olunmuşdur.
İclas zamanı növbəti ilin Müstəqil Dövlətlər Birliyində Tarixi-Mədəni İrs İli elan olunmasının nəzərə alınması şərti ilə İFESCCO-nun 2011-ci il üçün Tədbirlər Planı müzakirə edilmişdir. Belə ki, əsas layihələr, sistem layihələr, tematik layihələr, MDB-nin 20 illiyinə həsr olunmuş tədbirlər, ölkələr üzrə tədbirlər, İFESCCO-nun Qrant Proqramı üzrə layihələr müzakirəyə çıxarılmışdır.
İclasda müzakirə edilmək üçün təqdim olunmuş hər bir layihənin ayrı-ayrılıqda təhlili və qiymətləndirilməsi nəticəsində İFESCCO-nun 2011-ci il üçün Tədbirlər Planına daxil edilməsi, yenidən işlənilməsi və imtina edilməsi tövsiyə olunan layihələrin siyahıları müəyyən edilib.
Qeyd olunmalıdır ki, seçim zamanı layihələrin keyfiyyəti ilə yanaşı, İFESCCO-ya üzv dövlətlər arasında müvafiq paritetin qorunmasına xüsusi diqqət yetirilmişdir.
Eyni zamanda, 2011-ci ilin MDB-də Tarixi-Mədəni İrs İli olduğunu nəzərə alaraq, 2011-ci ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılan maddi və qeyri-maddi mədəni irsə dair layihələr üçün müsabiqənin açıq qalmasına dair razılıq əldə olunmuşdur.

Digər xəbərlər