Tütünçəkmənin zərərləri Ü karikaturaçı rəssamların gözü ilə adlı beynəlxalq rəsm müsabiqəsi
Dekabrın 10-da Fransa Mədəniyyət Mərkəzində bir ay müddətində keçirilən "Tütünçəkmənin zərərləri - karikaturaçı rəssamların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılma mərasimi keçiriləcəkdir. Tədbir Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Azərbaycan Karikaturaçı Rəssamlar İttifaqı tərəfindən, Fransanın Azərbaycandakı səfirliyi, Fransa Mədəniyyət Mərkəzi və Azerfon - Vodafone mobil operatorunun dəstəyi ilə keçiriləcəkdir. Qeyd edək ki, müsabiqədə Azərbaycandan və xarici ölkələrdən olan 50-dən çox rəssam iştirak etmiş və 100-dən artıq rəsm təqdim olunmuşdur.