Gənc Ədiblər Məktəbinin fəalları mükafatlanacaq
Dekabrın 8-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Gənc Ədiblər Məktəbinin ən fəal 50 üzvünə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomları təqdim ediləcək. Məlumat üçün bildirək ki, Gənc Ədiblər Məktəbi 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gənclərin ədəbiyyat sahəsində yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə yaradılıb və M.F.Axundov adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərir. Ötən 2 il ərzində burada gənc qələm sahiblərinin tanıdılmasında, onların əsərlərinin nəşri və təbliği istiqamətində əhəmiyyətli işlər görülüb. İmzaları ədəbi aləmdə tanınmağa başlayan istedadlı gənclərdən bir çoxu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib və Azərbaycan Respublikası Prezidentinin xüsusi mükafatına layiq görülüb.